14 Fevral 2024, 16:47
FUTBOL
PSJ-nin sabiq yarımmüdafiəçisi Jerom Roten “İnter Mayami”nin və Argentina millisinin kapitanı Lionel Messinin Paris-2024 Yay Olimpiya Oyunlarında mümkün iştirakından danışıb. Matc.az xəbər verir ki, keçmiş hücumçu bu fikrə müsbət yanaşmır.
O, sabiq PSJ-li Messinin Parisə alqışla qarşılanmasının əleyhinədi: “Bundan əvvəl Argentinanın olimpiya yığmasının baş məşqçisi Xavyer Maskerano əfsanəvi futbolçunun qarşıdakı turnirə çağırılmasının mümkünlüyünü etiraf etmişdi”.
Qeyd edək ki, Lionel Messi 2021-2023-cü illərdə PSJ-də çıxış edib. Argentina olimpiya yığmasının baş məşqçisi Xavyer Maskerano superulduzun qarşıdakı olimpiadaya çağırılmasının mümkünlüyünü gizlətməyib.