14 Fevral 2024, 17:21
FUTBOL
“Vulverhempton”un vingeri Pedro Neto Premyer Liqa nəhənglərindən birinə keçə bilər. Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu artıq iki klubdan təklif alıb.
Konkret olaraq “Liverpul” və “Arsenal” Portuqaliya millisinin üzvü uğrunda mübarizəyə qoşulub. Hər iki klub mövsümün sonunda onu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Pedro Neto 2019-cu ildən “Vulverhempton”un formasını geyinir. O, bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.