“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yayda Səudiyyə Ərəbistanına köçə bilər. Matc.az xəbər verir ki, adıçəkilən ölkənin bir neçə yüksək liqa klubu onun xidmətində maraqlıdı.

Ərəblər mövsümün sonunda onu heyətə cəlb etmək üçün indidən mübarizəyə başlayıblar. 29 yaşlı portuqaliyalı özü də komandasını dəyişməyə müsbət baxır. “Şəhərlilər” yaranacaq boşluğu “Jirona”lı Savio ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, cari mövsüm 26 oyunda 6 qol, 4 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest