14 Fevral 2024, 18:27
FUTBOL
"Betis" "Almeriya"nın yarımmüdafiəçisi Lukas Robertoneni transfer etməyi düşünür.
Matc.az xəbər verir ki, futbolçu klubdan ayrılacaq yarımmüdafiəçi Qvido Rodrigezin əvəzedicisi kimi görünür.
Robertone üçün "Sevilya" da mübarizə aparır. "Almeriya" argentinalını 10 milyon avroya satmağa razı olacaq.
O, 2020-ci ilin oktyabr ayından "qırmızı-ağlar"da çıxış edir. Onun müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi La Liqa və İspaniya Kubokunda 21 oyun keçirib, 5 məhsuldar ötürmə verib və 7 sarı vərəqə alıb.