AFFA UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində futzal turniri keçirir. Matc.az xəbər verir ki, milli assosiasiyanın təşəbbüsü və dəstəyi ilə baş tutan yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub.

Azərbaycan Texniki Universitetinin təşkilatçılığı ilə keçirilən turnir universitetin fakültələri arasında oynanılır. Yarışda  8 komanda qüvvəsini sınayır.

Qeyd edək ki, qarşılaşmalar Azərbaycan Texniki Universitetinin idman zalında keçirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest