“Bavariya”nın mərkəz müdafiəçisi Kim Min Jae “Napoli”yə qayıda bilər. Matc.az xəbər verir ki, bu dönüşün mövsümün sonunda baş vermə ehtimalı yaranıb.

İtaliya təmsilçisi yayda koreyalı oyunçunu yenidən heyətinə cəlb etməyə çalışacaq. Neapollular 27 yaşlı futbolçunun Almaniya klubunda az oyun keçirməsindən yararlanaraq, onu icarəyə götürmək barədə düşünürlər.

Buna əsas maneələrdən biri Kim Min Jaenin “Bavariya”da qazandığı illik 8,5 milyon avro maaşıdı. “Napoli” həmin məbləği ödəməyə hazır deyil.

Qeyd edək ki, “Bavariya”ya ötən il “Napoli”dən keçən Kim Min Jae münhenlilərin heyətində bütün turnirlərdə 29 oyun keçirib. Onun Bundesliqa klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest