17 Aprel 2024, 20:05
FUTBOL
“Barselona”nın müdafiəçisi Ronald Arauxo PSJ ilə oyunların (3:2, 1:4) nəticələrindən sonra Kataloniya klubunun Çempionlar Liqasını tərk etməsini şərh edib.
Matc.az xəbər verir ki, uruqvaylı futbolçu məyus olduğunu bildirib:
“Həyatıma çox sevinc gətirən futbol, mənə böyük zərbə vurdu. Yanımda olan hər kəsə, meydanda hər şeylərini verən komanda yoldaşlarıma, komandaya sona qədər inanan azarkeşlərə təşəkkür edirəm. Sizə sevinc bəxş etmədiyim üçün çox peşmanam. Yenidən cəhd edəcəyik. İrəli, "Barça", birlikdə və əbədi!”
Xatırladaq ki, dünən, aprelin 16-da “Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ-yə 1:4 hesabı ilə məğlub olub. Görüşün əsas anti-qəhrəmanı kataloniyalıların müdafiəçisi Ronald Arauxo olub. Uruqvaylı futbolçu 29-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.