17 Aprel 2024, 22:00
FUTBOL
"Atalanta"nın baş məşqçisi Can Piero Qasperini "Liverpul"a rəhbərlik edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Matc.az xəbər verir ki, italiyalı mütəxəssis Mersisayd klubunu çalışdırmaqdan məmnun olacağını etiraf edib:
"Əlbəttə ki, Yurgen Kloppun əvəzinə "Liverpul"da baş məşqçi olsam, çox sevinərəm. Lakin hazırda bütün diqqətimi "Atalanta"nın oyunlarına yönəldirəm. Bu cür söz-söhbətlərdə görə fikrimizi yayındıra bilmərik. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik".
Qeyd edək ki, "Atalanta" İtaliya A Seriyasında 31 turdan sonra 51 xalla 6-cı pillədə qərarlaşıb.