Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Matc.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Komitənin gündəliyində 4 məsələ var. İlk olaraq AFFA-nın inkişaf strategiyasının müzakirəsi nəzərdə tutulur.

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Matc.az xəbər verir ki, milli assosiasiyanın inzibati binasında baş tutacaq tədbir saat 15:00-da start götürəcək.

Komitənin gündəliyində 4 məsələ var. İlk olaraq AFFA-nın inkişaf strategiyasının müzakirəsi nəzərdə tutulur.

Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və legioner limiti ilə bağlı fikir alış-verişi aparılacaq.

Həmçinin 2024-cü il üçün AFFA büdcəsi də müzakirə olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest