O, Andreylə bağlı heç kimlə danışıq aparmadıqlarını açıqlayıb: “Rostov”dan bizə heç bir təklif gəlməyib”.

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun adı Rusiyanın daha bir klubu ilə birgə hallanıb. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, bu dəfə “Rostov”un qapı xəttini millinin üzvü ilə gücləndirmək istədiyi bildirilib.

Hətta Premyer Liqa təmsilçisinin 32 yaşlı qolkiperlə təmasa keçdiyi də vurğulanıb. Lakin Lunyoun meneceri Anton Smirnov məlumatı təkzib edib. O, Andreylə bağlı heç kimlə danışıq aparmadıqlarını açıqlayıb: “Rostov”dan bizə heç bir təklif gəlməyib”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest