“Arsenal” İngiltərə Premyer Liqasında ən yaxşı göstəricisinə imza atıb. Matc.az xəbər verir ki, London klubu 37-ci turda “Mançester Yunayted”i səfərdə 1:0 hesabı ilə məğlub edərək buna nail olub.

Bu, Mikel Artetanın yetirmələrinin cari mövsümdə 27-ci qalibiyyəti olub. Buna qədər komandanın ən yaxşı nailiyyəti 2003-04 mövsümündəki 26 qələbə idi.

Bundan başqa, “Arsenal” son 19 mövsümdə Premyer Liqada ən çox xalını toplayıb. Komanda 2003-04 mövsümündən bəri ilk dəfə 86 xal həddinə çatıb. Həmin vaxt “topçular” mövsümü məğlubiyyətsiz tamamlayaraq, 90 xalla çempion olmuşdu.

Qeyd edək ki, “Arsenal” son turda mayın 19-da “Everton”la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest