“Bayer” məğlubiyyətsizlik seriyasını davam etdirib. Matc.az xəbər verir ki, Leverkuzen klubu Almaniya çempionatının XXXIII turunda səfərdə “Boxum”un qapısından 5 cavabsız top keçirib – 5:0.

Bununla komanda cari mövsüm məğlubiyyətsizlik seriyasını 50 görüşə çatdırıb. Ötən görüşdə Avropa rekordunu yeniləyən Xabi Alonsonun yetirmələri bu nailiyyəti yeniləyib. Komandanın bütün turnirlərdə mövsümü uduzmadan başa vurması üçün cəmi 3 matçı qalıb.

Bundesliqanın son turunda “Auqsburq”u qəbul edəcək “Bayer” eyni zamanda Almaniya Kubokunun və Avropa Liqasının final oyununa çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest