Slovakiya millisinin sabiq baş məşqçisi Vladimir Vayss karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, AFFA 60 yaşlı mütəxəssisin xidmətində israrını davam etdirir.

Hazırda Bratislava klubu “Slovan”ı çalışdıran Vayssla danışıq aparıldığı da bildirilib. Slovakiyalı mütəxəssis hazırda millimizin “sükanı arxası”na əsas namizəd hesab edilir. Lakin o, “Slovan”dan ayrılıb-ayrılmamaqla bağlı qərar verməkdə çətinlik çəkir.

Qeyd edək ki, Vladimir Vayss 2008-2012-ci illərdə Slovakiya yığmasına rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest