Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor”da ayrılıq baş verib. Matc.az xəbər verir ki, Türkiyə klubu ulduz futbolçu Luiş Nani ilə yollarını ayırıb.

Superliqa təmsilçisi sosial şəbəkə vasitəsilə məlumatı yayıb. 37 yaşlı portuqaliyalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıqla ləğv olunub.

Qeyd edək ki, Luiş Nani ötən ildən bəri “Adana Dəmirspor”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest