“Bir hücumçu kimi missiyalarımdan biri qol vurmaqdı”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin hücumçusu Andre Şinyaşiki Braziliya mətbuatına açıqlamasında deyib.

27 yaşlı forvard Premyer Liqanın XXXIV turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib. O, qarşılaşmada 3 qol vurmasına da münasibət bildirib: “Het-trik hər zaman diqqəti cəlb edir. Vurduğum qollar zamanı zərbələrimdən məmnun qaldım. Əsas odu ki, komandamın qələbəsinə kömək etdim. Oyunumdan çox razıyam”.

Şinyaşiki mövsümü ikinci pillədə tamamlamaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Sona iki tur qalıb. Həmin iki görüşdə qələbə qazansaq, ikinci yeri tuta bilərik. Biri birbaşa rəqibimiz olacaq, digərinin isə heç bir iddiası qalmayıb. Ancaq hər ikisinə eyni formada hörmət edirik”.

Qeyd edək ki, 53 xalla üçüncü yerdə olan “Neftçi” son iki turda “Səbail” və “Sabah”la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest