“Bavariya” Almaniya Bundesliqasının XXXIII turunda “Volfsburq”u 2:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bu, Münhen klubunun qapıçısı Manuel Noyer üçün yubileylə yadda qalıb.

Belə ki, kapitan Bundesliqada 500-cü görüşünü keçirib. 38 yaşlı almaniyalı həmin qarşılaşmaların 159-na daha əvvəl “Şalke”nin heyətində çıxıb. Noyer Almaniya çempionatında 500 oyuna çatan 12-ci futbolçu və 4-cü qapıçıdı.

Qeyd edək ki, “Bavariya” hazırda 72 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest