“Atletiko” İspaniya La Liqasının XXXV turunda “Selta”nı 1:0 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, bu, Madrid klubunun baş məşqçisi Dieqo Simeone üçün əlamətdar olub.

Argentinalı mütəxəssis İspaniyada 400-cü qalibiyyət sevincini yaşayıb. O, İspaniyada eyni komanda ilə 400 qələbə qazanan ilk məşqçi kimi tarixə düşüb. Simeone “Atletiko”nun sükanı arxasında 678 oyun keçirib, bunun 151-də heç-heçə edib, 127 dəfə isə məğlubiyyət acısı yaşayıb. Top fərqində də madridlilər üstündü – 1134:556.

Qeyd edək ki, sona 3 tur qalmış aktivində 70 xal olan “Atletiko” çempionatın 4-cü pilləsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest