I Liqanın XXVI turunda keçiriləcək “Qaradağ Lökbatan” - “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemi tətbiq ediləcək. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

I Liqanın XXVI turunda keçiriləcək “Qaradağ Lökbatan” - “Şamaxı” oyununda VAR (Video Köməkçi Hakim) sistemi tətbiq ediləcək. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Mayın 16-da keçiriləcək liderlərin görüşü saat 17:00-da start götürəcək. Bildirilib ki, bu qarşılaşma çempionluq yolunda mühüm əhəmiyyət kəsb etdiyi üçün oyunda VAR sistemindən istifadə olunacaq.

Mövsümün sonuna 2 tur qalmış aktivində 53 xal olan “Qaradağ Lökbatan” turnir cədvəlinə başçılıq edir. 51 xala malik “Şamaxı” isə hazırda ikinci pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest