AFFA Gənclər Liqasında 2023/2024 mövsümü yekunlaşıb. Matc.az xəbər verir ki, liqanın qalibi “Sabah” komandası olub.

Paytaxt təmsilçisi 33 turdan ibarət çempionatı 75 xalla 1-ci yerdə tamamlayıb. Bu isə o deməkdi ki, “Sabah” 2024/2025 mövsümündə UEFA Gənclər Liqasında iştirak etmək hüququ qazanıb. İkinci pilləni 65 xalla “Səbail”, üçüncü yeri isə 64 xalla “Neftçi” tutub.

AFFA Gənclər Liqasının ən yaxşı oyunçusu da “Sabah”dan seçilib. Belə ki, komandanın üzvü Həmzəalı Mikayılov bu nominasiyada hər kəsi qabaqlayıb. “Səbail”in futbolçusu Amir Qəribov isə 33 qolla mövsümün bombardiri olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest