Madrid “Real”ının müdafiəçisi David Alaba karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az xəbər verir ki, "Qalatasaray" 31 yaşlı futbolçunu yayda heyətinə qatmaq niyyətindədi.

İstanbul təmsilçisi danışıqlara başlamaq üçün cari mövsümün bitməsini gözləyir. “Real” rəhbərliyinin və Alabanın bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Avstriya yığmasının da üzvü olan David Alaba 2021-ci ilin yayından “Real”ın uğurları üçün çalışır. O, Madrid klubunun heyətində 102 oyunda 5 qola imza atıb. Onun “qalaktikos”la sözləşməsinin müddəti 2026-cı ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest