"Leyptsiq"in icarəyə götürdüyü PSJ-nin yarımmüdafiəçisi Xavi Simons karyerasını İspaniyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Şira məlumat yayıb. Onun sözlərinə görə, "Barselona" 21 yaşlı niderlandlı ilə yaxından maraqlanır və yay transfer dönəmində bu keçid baş tuta bilər.

Qeyd edək ki, Simons Bundesliqada bu mövsüm 30 oyunda 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest