"Fənərbaxça"nın sabiq prezidenti Aziz Yıldırım bu posta növbəti dəfə namizəd olacağını açıqlayıb.

Matc.az xəbər verir ki, buna səbəb klubun hazırki prezidenti Ali Koçun yenidən namizədliyini irəli sürməsi olub.

O, uzun müddətdir bununla bağlı məsləhətləşmələr etdiyini və 2-3 gün ərzində mətbuat konfransı keçirərək prezidentliyə namizədliyini rəsmi olaraq açıqlayacağını bildirib.

Qeyd edək ki, ötən gün keçirilən “Fənərbaxça” - “Kayserispor” (3:0) matçında “sarı-lacivərdli” azarkeşlər 71 yaşlı sabiq prezident lehinə təzahüratlar ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest