PSJ-nin hücumçusu Kilian Mbappe doğma meydanda məğlub olduqları “Tuluza” (1:3) ilə oyundan öncə klub prezidenti Nasser Əl-Xəlaf ilə dava edib. Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Buna səbəb, mayın 10-da futbolçunun klubdan ayrılacağı ilə bağlı paylaşımı səbəb olub. Belə ki, Mbappe, mövsümün sonunda komandanı tərk edəcəyini, bu səbəblə də, məşqçilər korpusu, komanda yoldaşları və azarkeşlərə təşəkkürünü bildirib, lakin klub prezidentinin adını çəkməyib.

Qeyd edək ki, 2017-ci ildən PSJ forması geyinən ulduz futbolçu bu yay azad agent kimi komandadan ayrılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest