14 May 2024, 00:26
FUTBOL
UEFA Konfrans Liqasının finalında baş tutacaq "Olimpiakos" - "Fiorentina" matçının baş hakimi açıqlanıb. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, final oyunu portuqaliyalı Artur Soareş Diaşa həvalə edilib.
Diaşa həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Qlenn Nyuberq yerinə yetirəcək.
Qeyd edək ki, "Olimpiakos" - "Fiorentina" görüşü mayın 29-da Afinada baş tutacaq.