14 May 2024, 09:30
FUTBOL
Futbol üzrə İspaniya çempionatında XXXV tur başa çatıb. Matc.az xəbər verir ki, turun son matçında “Barselona” “Real Sosyedad”ı qəbul edib.
Görüşdə Kataloniya klubu 2:0 hesablı qələbə qazanıb. Qollara Lamine Yamal və Rafinya imza atıb.
Bu nəticədən sonra xal ehtiyatını 76-ya çatdıran “Barsa” turnir cədvəlində ikinci pilləyə qalxıb. 54 xalı olan “Real Sosyedad” isə 7-ci yerdədi.