Futbol üzrə Azərbaycan yığmasının keçirəcəyi yoldaşlıq oyunlarından birinin başlama vaxtı dəyişdirilib. Matc.az xəbər verir ki, söhbət iyunun 11-də Qazaxıstan millisinə qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşündən gedir.

Macarıstanın “Haladas SportKomplexum” stadionunda baş tutacaq matçın start vaxtı Bakı vaxtı ilə saat 18:00 olacaq.
Qeyd edək ki, yığma komandamız bundan 4 gün öncə - iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da Albaniya millisi ilə yoldaşlıq matçında gücünü sınayacaq. Həmin qarşılaşma da eyni məkanda keçiriləcək.