"Yuventus" klubunun rəhbərliyi baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib. Matc.az xəbər verir ki, turinlilər komandanın hazırkı çalışdırıcısı Massimiliano Alleqri ilə yolları ayıracaqlar.

56 yaşlı məşqçi İtaliya Kubokunun "Atalanta" ilə final matçından sonra postunu tərk edəcək. Onun yerinə kimin dəvət ediləcəyi haqda hələlik məlumat yoxdu.

Qeyd edək ki, 2014-19-cu illərdə də “Yuve”ni çalışdırmış Massimiliano Alleqri 2021-ci ilin may ayında yenidən "qoca sinyora"nın başına keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest