Antuan Qrizmann Fransadan kənarda oynayan ən yaxşı fransalı futbolçu seçilib. Matc.az xəbər verir ki, "Atletiko"nun formasını geyinən hücumçu Fransa Futbolçular və Məşqçilər İttifaqının versiyasına görə, bu mükafata layiq görülüb.

Mükafat uğrunda mübarizədə “Real”ın yarımmüdafiəçiləri Eduardo Kamavinqa və Orelyen Tçuameni, “Milan”ın üzvü Mayk Menyan və “Arsenal”ın formasını geyinən Vilyam Saliba da mübarizə aparsa da, 33 yaşlı Qrizmann onları qabaqlamağı bacarıb.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsümdə "Atletiko"nun heyətində ümumilikdə 45 oyuna çıxıb və 21 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest