AÇ-2024-ün final mərhələsində yeni qaydalar tətbiq olunacaq. 

Matc.az xəbər verir ki, bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb.

Tətbiq olunacaq yeni qaydalara əsasən, mübahisəli epizodlarda yalnızca komanda kapitanı hakimlə birbaşa dialoq qura biləcək. Qaydaya əməl etməyənlərə xəbərdarlıq ediləcək, əgər bu hal təkrar baş verərsə və futbolçu israrla etirazına davam edərsə cəzalandırılacaq.

Qurum rəsmisi bildirib ki, qərarın verilməsindəki əsas məqsəd təhlükəsizlik və futbolun imicinə zərər verilməsinin qarşını almaqdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest