“Fənərbaxça” prezidentliyinə yenidən namizədliyini açıqlayan Aziz Yıldırım seçiləcəyi təqdirdə verdiyi vəd dünya mətbuatının gündəminə düşüb.

Matc.az xəbər verir ki, sabiq başqan “2 saat üz-üzə görüşdük” deyərək, Joze Mourinyonu kluba baş məşqçi gətirəcəyini açıqlayıb.

"Böyük ehtimalla qalib gəlsək, Mourinyonu "Fənərbağça"ya gətirəcəm və onun istəyinə uyğun oyunçular alacağıq. Artıq uşaqların kədərlənməsini istəmirik. Onları sevindirmək və məmnun etmək üçün böyük bir əməliyyat keçirməliyik” - deyə Yıldırım açılqlama verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest