Türkiyə təmsilçisi "Qalatasaray"a məxsus olan, lakin icarə əsasında İngiltərənin "Aston Villa" komandasında çıxış edən İtaliya millisinin üzvü Nikolo Zaniolo Avropa çempionatında iştirak etməyə bilər.

Matc.az xəbər verir ki, 24 yaşlı italiyalı yarımmüdafiəçinin ayağında zədə aşkarlanıb. O, iki aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest