Azərbaycan yığmasının futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" Türkiyə Superliqasına yüksəlmək şansını əldən qaçırıb. Matc.az xəbər verir ki, pley-off oyununda “Çorum”un qonağı olan Kocaeli təmsilçisi məğlubiyyətlə üzləşib.

Şeydayevin komandası rəqibinə 1:2 hesabı ilə uduzub. Bu hesabdan sonra “Çorum” növbəti mərhələyə adladığı halda, “Kocaelispor" Superliqa uğrunda mübarizəni dayandırmaq məcburiyyətində qalıb.
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətində yer alan Şeydayev sonadək meydanda qalıb.
Xatırladaq ki, Azərbaycan yığmasının digər üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" da Superliqaya yüksəlmək şansını itirib.