17 May 2024, 11:10
FUTBOL
Qadınlar arasında dünya çempionatı 2027-ci ildə Braziliyada keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə FİFA-nın Tailandın paytaxtı Banqkokda keçirilən 74-cü Konqresində qərar qəbul olunub.
Cənubi Amerika ölkəsi ilə yanaşı, Belçika, Niderland və Almaniya da ev sahibliyi üçün müraciət etmişdi. Meksika ilə ABŞ isə apreldə ərizələrini geri götürmüşdülər. Ali futbol qurumu turnirin Braziliyaya həvalə olunmasını məqsədəuyğun bilib.
Qeyd edək ki, ötən il Yeni Zelandiyada keçirilən dünya çempionatında İspaniya millisi çempion olub.