İspaniya La Liqasının XXXVI turunda “Almeriya” ilə keçirilən səfər oyunu “Barselona”da iki nəfər üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Kataloniya klubu baş məşqçi Xavinin rəhbərliyi altında ölkə çempionatında 100-cü görüşünü keçirib.

İspaniyalı mütəxəssis 2021-ci ildən komandanın sükanı arxasındadı.

Qapıçı Mark-Andre ter Ştegen isə “Barsa”nın heyətində 411-ci matçına çıxıb. Bu göstərici sayəsində Andoni Zubizarretanı (410) geridə qoyan almaniyalı klub tarixində ən çox oyun keçirən ikinci qapıçı ünvanına yiyələnib. Hazırda o, yalnız 2002-2014-cü illərdə İspaniya nəhənginin heyətində 535 qarşılaşmada çərçivədə dayanmış Viktor Valdesdən geri qalır.

Qeyd edək ki, “Almeriya” üzərində 2:0 hesablı qələbə qazanan “Barselona” 79 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest