Türkiyəli məşqçi Fatih Terim çalışdırdığı "Panatinaikos" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə Yunanıstan təmsilçisinin əməkdaşlığına son verilib.

Türkiyəli məşqçi Fatih Terim çalışdırdığı "Panatinaikos" klubundan ayrılıb. Matc.az xəbər verir ki, 70 yaşlı mütəxəssislə Yunanıstan təmsilçisinin əməkdaşlığına son verilib.

Bu haqda Terim şəxsi instaqram hesabında paylaşım edib. O, müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

Təcrübəli çalışdırıcı 2023-cü ilin ilin dekabrında "Panatinaikos"un baş məşqçisi postuna gətirilmişdi. Onun rəhbərliyi altında Yunanıstan liqasında 4-cü pillədə yer alan komanda çempionluq şansını itirib. Yunanıstan Kubokunda isə finala yüksələn “Panatinaikos”u mayın 25-də "Aris"lə həlledici oyuna Terim çıxarmayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest