17 May 2024, 16:03
FUTBOL
Niderland yığmasının sabiq futbolçusu Robin var Persinin baş məşqçi kimi yeni iş yeri dəqiqləşib. Matc.az xəbər verir ki, keçmiş hücumçu “Herenven”ə rəhbərlik edəcək.
40 yaşlı çalışdırıcı ilə klub arasında razılıq əldə olunub. Məlumatı "Herenven"in mətbuat xidməti rəsmən açıqlayıb. Razılaşmaya əsasən, van Persi 2026-cı ilin yayına qədər bu postda qalacaq.
Qeyd edək ki, futbolçu karyerasını 2019-cu ildə bitirən Robin van Persi məşqçilik fəaliyyətinə 2020-ci ildə start verib.