17 May 2024, 16:56
FUTBOL
Alfonso Devis “Bavariya”da qala bilər. Matc.az xəbər verir ki, 23 yaşlı müdafiəçi daha bir neçə il Münhen klubunda qalmaqda maraqlıdı.
Kanada millisinin üzvü Bundesliqa nəhəngində qalmaq variantını cəlbedici hesab edir. Deyvisin bu qərarında onun transferində maraqlı olan “Real” rəhbərliyinin danışıqlarda passiv nəzərə çarpmasıdı. Oyunçu özü də güzəştə getməyə razı deyil. O, madridlilərdən illik 20 milyon avro məvacib tələb etmişdi.
Qeyd edək ki, Alfonso Devis 2018-ci ildən “Bavariya”dadı.