17 May 2024, 17:15
FUTBOL
Kolumbiya millisinin lideri Hames Rodriges yenidən komandasını dəyişməyə hazırlaşır. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Braziliyadan Argentinaya köçməyə yaxındı.
Hazırda “San Paulo”nun formasını geyinən pleymeyker “Boka Xuniors”un maraq dairəsindədi. Argentina klubunun rəhbərliyi “Real”ın sabiq üzvünü heyətə cəlb etməyə çalışır. Hazırda tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, Hames Rodriges ötən ildən “San Paulo”nun formasını geyinir.