Uğursuz mövsüm keçirən “Mançester Yunayted”də mövsümün sonunda ciddi dəyişikliklər gözlənilir. Matc.az xəbər verir ki, “qırmızı şeytanlar”ın bir neçə aparıcı oyunçusu da komandanı tərk etməyi planlaşdırır.

Onlardan biri yarımmüdafiəçi Bruno Fernandeşdi. Portuqaliya millisinin üzvü “Bavariya” və “İnter”in transfer gündəmindədi. Mançester təmsilçisi avrokuboklara vəsiqə qazanmasa, Fernandeş təkliflərdən birini müsbət cavablandıracaq.

Düzdü, “Mançester Yunayted” onu satmaq fikrində deyil. Lakin 30 yaşlı yarımmüdafiəçi karyerasında artıq yenilik etmək arzusundadı. O, yüksək məbləğdə məvacib təklifini rədd etməyəcək.

Qeyd edək ki, Bruno Fernandeş 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest