“Tottenhem”in müdafiəçisi Emerson İtaliyaya köçə bilər. Matc.az xəbər verir ki, braziliyalı futbolçu “Milan”ın maraq dairəsindədi.

“Rossonyerlər” müdafiənin sağ cinahındakı boşluğu Braziliya millisinin üzvü ilə doldurmaq niyyətindədi. London təmsilçisi də 25 yaşlı oyunçunu satmağı planlaşdırır. Bu səbəbdən transferin reallaşmaq ehtimalı yüksəkdi.

Qeyd edək ki, Emerson 2021-ci ildən “Tottenhem”in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest