Türkiyənin "Fənərbaxça" klubunun ulduz futbolçusu Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, 24 yaşlı ftubolçunun “Arsenal” ilə danışıqları müsbət nəticələnib. Londonlular cinah hücumçusu üçün 25 milyon avro ödəməyi qəbul ediblər.

Qeyd edək ki, Kadıoğlu bu mövsüm "Fənərbaxça" forması ilə çıxdığı 49 oyunda üç qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest