18 May 2024, 13:01
FUTBOL
"Arsenal"ın baş məşqçisi Mikel Arteta klubu ilə müqaviləsinin uzadılmasından danışıb.
Matc.az “Football.london”a istinadən.xəbər verir ki, bununla bağlı o, gözləməyin lazım gəldiyi barədə açıqlama verib:
“Müqavilənin uzadılmasını müzakirə etməyi planlaşdırıram? Bu haqda mövsüm bitəndən sonra danışacağıq. İndi vacib olan qalib gəlməkdir.. 38-ci turdan sonra kluba qarşı münasibətim dəyişəcəkmi? Xeyr, hər şey aktualdır. Ola bilsin ki, indi nəticə çıxarmağın doğru zamanı deyil, amma mövsüm bitdikdən sonra düşünməyə vaxtımız olacaq. Mövsümü başa vurmalıyıq”.