18 May 2024, 18:24
FUTBOL
"Antalyaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Matc.az xəbər verir ki, mövsüm sonunda Sergen Yalçın ilə yollarını ayıracaq Antalya təmsilçisinə “Fənərbaxça”nın əfsanəvi sabiq futbolçusu Aleks de Souza başçılıq edəcək.
Braziliyalı baş məşqçi ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Antalyaspor" hazırda Superliqasının turnir cədvəlində 48 xalla 10-cu yerdə qərarlaşıb.