"Zirə"ın baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Kəpəz” üzərində minimal qələbədən sonra mətbuat konfransında açıqlamalar verib.

Matc.az xəbər verir ki, Sadıqov həm oyun, həm də əcnəbi hakimlərlə bağlı sualları cavablandırıb.

“Gözlədiyimiz kimi olduqca gərgin oyun oldu. Oyundan əvvəl də bilirdik ki, rəqib meydanın hər qarışı uğrunda mübarizə aparacaq və çalışacaq bizdən xal və ya xallar alsın. Biz də oyuna yaxşı köklənmişdik. İlk dəqiqələrdən futbolçular istəkli idilər. Meydan şəraitini də nəzərə alsaq, xüsusiylə regionlarda günəşli havada və süni ot örtüyündə mübarizə aparmaq çətindir. Bunu da oyunun gedişatında hiss etdik. Lakin, qapımızda qol epizodu vermədən vacib olan qələbəni qazandıq. Futbolçularımı təbrik edirəm və artıq qarşıdan gələn “Səbail” oyununa köklənməliyik.

Ümumən, məsələ bizim hakimlərin səhv edib-etməməsiylə bağlı deyil. Mənim fikrimə görə, əcnəbi hakimlərə müraciət etmək olar. Necə olur ki, legioner futbolçu və məşqçi gətiririk? Bizim çempionatda 5-6 yaxşı səviyyəli hakim var, amma bu yetərli deyil. Əcnəbi hakimin faydası olacağını düşünürəm”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest