Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim.

"Kəpəz"in baş məşqçisi Adil Şükürov mətbuat konfransı keçirib.

Matc.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 35-ci turunda “Zirə"yə 0:1 hesablı məğlubiyyəti şərh edib.

- Əvvəlcə azarkeşlərimizə təşəkkür edirəm. Hesaba baxmayaraq, bizi dəstəkləyirdilər. Futbolçularım sona qədər döyüşdülər. Bu gün biz qazandıq. Qazancımız komandada psixoloji durumun yaxşılaşmasıdır.

- Rəqibin qolundan öncəki epizod barədə fikirləriniz necədir?

- Rəvan Həmzəzadə ən yaxşı hakimlərimizdəndir. Onun həmişə ən yüksəklərdə olmasını istəyirəm. Futbol oynamağa imkan verir. Bəzi hakimlər kimi hər epizodda fit çalmır. Narazılığım oyunun stressindən ola bilər.

- Oyundan sonra Rəşad Sadıqovla aqressiv görüşdünüz. Bunun səbəbi nə idi?

- Hamını təbrik edib meydançadan çıxdım. Elə görüşməyimiz ərkyanə ola bilər. Kişi kimi əllərini sıxıb təbrik etdim.

sportal.az

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest