"Fənərbaxça" prezidenti Ali Koçun və prezidentliyə namizədliyini açıqlayan Aziz Yıldırımın yeni dönəm başqanlıq üçün Joze Mourinyonu “savaşı” artıq yeni xəbər deyil. Lakin, Superliqanın digər təmsilçisi “Beşiktaş”ın Mourinyo ilə bağlı açıqlaması gözlənilməz olub.

Matc.az xəbər verir ki, klubun vitse-prezidenti Hüseyin Yücelin “Mourinyo “Beşiktaşa” gəlməyə müsbət yanaşır” açıqlaması Türkiyə mətbuatında gündəm olub.

Qeyd edək ki, bu Türkiyə futbolunda ilk hadisə deyil. Hər dəfə transferlə bağlı önəmli isimlər gündəmə gəldiyində klublar arasında bu cür çəkişmələr olur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest