19 May 2024, 00:12
FUTBOL
Türkiyə Superliqasının 37-ci həftəsində “Fənərbaxça” səfərdə “Qalatasaray”ın qonağı olacaq.
Matc.az xəbər verir ki, İstanbul derbisinə “fənərlilər” dörd ciddi itkiylə çıxacaq. “Sarı-lacivərdlilər”də zədə səbəbiylə Serdar Aziz, İrfan Can Kahveci və İsmail Yüksek heyətdən kənarda qalıb.
Qeyd edək ki, derbi matçında çempionluğu təmin etmək üçün “Qalatasaray”a 1 xal kifayət edir.