19 May 2024, 09:56
FUTBOL
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə “Slaven”lə qarşılaşıb. Matc.az xəbər verir ki, Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyərək meydana daxil olub. Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb.
Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, Emreli bu mövsüm “Dinamo”da ümumilikdə 23 oyunda meydana çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.