15 Oktyabr 2024, 14:33
FUTBOL
“Boka Xuniors”un yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, “Real”ın sabiq futbolçusu Fernando Qaqo bu posta təyin olunub.
Onunla 2025-ci ilin dekabrına qədər müqavilə imzalanıb. Qaqo daha əvvəl “Aldosivi”, “Rasinq”, “Çivas”a rəhbərlik edib.
Qeyd edək ki, “Boka Xuniors” daha əvvəl hücumçu Edinson Kavani ilə müqavilənin uzadıldığını açıqlamışdı.