“Fulhem”in müdafiəçisi Entoni Robinson karyerasını Top-klubda davam etdirə bilər. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçunun çıxışı böyük klubların diqqətini cəlb edib.

Xüsusən də, “Liverpul” onun performansından razı qalıb. “Qırmızılar”ın baş məşqçisi Arne Slot şəxsən bu transferdə israrlıdı. Onun tələbindən sonra rəhbərlik London klubu ilə danışıqlara başlayıb. “Liverpul” mövsümün sonunda Robinsonu paytaxt klubundan almaq niyyətindədi.

Qeyd edək ki, ABŞ millisinin üzvü 2020-ci ildən “Fulhem”in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest